Qanunsuz reklamların yayımı dayandırıldı
AzVision.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirdiklərinə görə, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Mağazanın pəncərələrində “Endirim 30 faiz, 60 faiz” məzmunlu reklamlar yerləşdirilsə də, malların qiymətinə endirim tətbiq edilmədiyi aşkarlanıb.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol verən fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Teqlər: