Morninqstar Quba məzarlığında

Morninqstar Quba məzarlığında
  28 Mart 2013    Oxunub:1194
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Quba rayonuna səfər edib.
Səfiri Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov qarşılayıb.

Görüşdə R. Morninqstara Quba rayonu haqqında məlumat verilib və ona ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının şahidi olan kütləvi məzarlığı ziyarət etmək təklif edilib.

Daha sonra səfir Qubada aşkar edilən kütləvi məzarlığı ziyarət edib. Səfirə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə məlumat verilib.(apa)

Səfir jurnalistlərə açıqlamasında, 1918-ci ildə baş verənlərin yerli əhali üçün və ümumilikdə Azərbaycan üçün çox ağrılı hadisələr olduğunu bildirib:

“Günahsız mülki əhalinin həyatını itirməsi ilə nəticələnən bütün hadisələr qəbuledilməzdir və faciədir. Bu kimi hadisələr mənə bir daha Azərbaycan xalqına bu qədər ağrı-acı yaşatmış Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunmasının əhəmiyyətinin vacibliyini sübut edir”.

Səfir bu gün dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbədə olacaq, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti