Ərdoğan planlarını açıqladı

Ərdoğan planlarını açıqladı
  02 Mart 2014    Oxunub:1214
"Türkiyəni dünyanın ən böyük 10 ölkəsindən biri etmək üçün inamlı addımlarla irəliləyirik". AzVision.az "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib: "Kim nə deyirsə desin, kim nə edirsə etsin, bizim önümüzdə 2023-cü il hədəfləri var. 2023-cü ilə - 2 trilyon dollarlıq milli gəlirə doğru irəliləyirik. 500 milyard dollarlıq ixracata doğru yürüyürük. Adambaşına 25 min dollarlıq milli gəlirə doğru irəliləyirik. Türkiyəni dünyanın ən böyük 10 ölkəsindən biri etmək üçün inamlı addımlarla irəliləyirik. Bizim ölkəmiz vaqon idi, indi isə lokomotivdir".

Bu yürüşü heç kimin dayandıra bilməyəcəyini, Türkiyənin bu irəliləyişinin qarşısında heç kimin dayana bilməyəcəyini bildirən Baş nazir dekabrın 17-də Türkiyənin inkişafının qarşısını almaq, Türkiyəyə mane olmaq üçün dövlətə qarşı sui-qəsd təşkil etməyə cəhd olunduğunu deyib: "Pensilvanyada bir şəxs (Fətullah Gülən - red.) var, 17 dekabr sui-qəsdi ideyasının müəllifi odur, audio və videoyazılar, montajlar da oradan çıxır".

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılmışdı. Həbslər korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları üzrə həyata keçirilmişdi.


Teqlər:  





Xəbər lenti