Kəbirə Məmmədova vədini yerinə yetirdi
Mağazarı yanan alverçilərlə söhbətimizdə onlar Kəbirə Məmmədovadan razılıqlarını bildiriblər.
“Sağ olsun, Kəbirə xanım sözünü tutdu. Mağazalarımız tikilərək geri qaytarıldı. Bizə dəyən ziyana görə kompensasiya verilməsə də yer pulundan azad edildik”-deyə satıcılar vurğulayıblar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, “Binə”də baş verən yanğın zamanı 45 mağaza yanıb.
AzVision.az