Özünü yandıran qadınla bağlı rəsmi məlumat

Özünü yandıran qadınla bağlı rəsmi məlumat
  19 Fevral 2014    Oxunub:1219
Daxili İşlər Nazirliyi (DİN) Bakıda özünü yandıran 1935-ci il təvəllüdlü paytaxt sakini Quliyeva Şəfıqə haqda rəsmi məlumat yayıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, ötən gün Bakı şəhər Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 40, mənzil 38-də yaşayan 23.12.1935-ci il təvəllüdlü Quliyeva Şəfıqə Hacıbaba qızı yaşadığı evdə xəstəlikdən əziyyət çəkdiyi üçün özünü yandırıb. Qonşuların köməkliyi ilə o, 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

Hadisə ilə bağlı izahat vermiş Quliyeva Mətanət Məmmədhüseyn qızı hüquq-mühafizə orqanlarına bildirib ki, anası Şəfiqə Quliyeva onunla birlikdə hadisə olan mənzildə yaşayır, anası uzun müddət epilepsiya-qıc olma və ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkir, son zamanlar onda psixi pozuntu müşahidə olunur və anası bir neçə dəfə xəstəliyinə görə özünü öldürəcəyini ona bildirib.

Həmçinin Mətanət Quliyeva 18.02.2014-cü il tarixdə atasının qəbrini ziyarət etmək üçün anasını evdə tək qoyub getdiyini, bir müddət sonra qonşular ona zəng vuraraq anasının özünü yandırması barədə məlumat verdiklərini izahatında bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti