ARDNŞ `Transneft` şirkəti ilə müqavilə imzaladı
Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpasına dair uzunmüddətli danışıqlardan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Rusiyanın “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.
ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək.
Teqlər: