Sosial şəbəkələrin kiçik biznesə faydaları

Sosial şəbəkələrin kiçik biznesə faydaları
  18 Fevral 2014    Oxunub:1614
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “LinkedIn” şirkətinin sifarişi ilə “TNS” firması tərəfindən aparılan sorğunun nəticələrinə görə, ABŞ və Kanadada kiçik və ora müəssisələrin 81 faizi biznesin inkişafı üçün sosial şəbəkələrdən istifadə edir, eyni zamanda qarşıya qoyulan marketinq vəzifələrinin 94 faizini həll etmək mümkün olur.
Rəyi soruşulanların 60 faizi bildirib ki, sosial şəbəkələr onlara biznes üçün müştəri tapmaqda yardımçı olur. Şəbəkələrdə sürətli artım tempi mərhələsində olan şirkətlər daha fəaldır. Sorğuda iştirak etmiş şirkətlərin təxminən hər altısından biri sürətli artım tempi mərhələsində olduğunu bildirib, onların 73 faizi isə sosial şəbəkələrdə marketinqə vəsait qoyuluşlarını artırdığını bəyan edib. "LinkedIn” nümayəndələri qeyd ediblər ki, kiçik və orta biznes müəssisələri özləri inkişaf etməklə yanaşı, həm də maliyyə xidmətləri göstərən tərəfdarlar axtarışındadır.

Rəyi soruşulanlar sosial şəbəkələrdə biznes baxımından daha qiymətli material kimi çalışdıqları sahəyə aid xəbərləri göstəriblər. Sonrakı yerləri müştəri və ekspertlərin icmal və fikirləri, eləcə də digər şirkətlərin fəaliyyəti haqqında söhbətlər və xəbərlər tutur.

“LinkedIn” şəbəkəsində kiçik müəssisələr üçün xüsusi səhifə açılıb. Burada sosial şəbəkələrdə marketinq haqqında tədris vəsaitləri və digər materiallar toplanıb.


Teqlər:  





Xəbər lenti