Azərbaycanda məhsul istehsalı 3 milyarda çatdı

Azərbaycanda məhsul istehsalı 3 milyarda çatdı
  17 Fevral 2014    Oxunub:1204
2014-cü ilin yanvar ayında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, sənaye məhsulunun 72,7 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 3,6 milyon ton neft, 1,6 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7 faizini təşkil edib. Qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar ayının səviyyəsini 5,6 faiz üstələyib. Neft-qaz sektorunda isə 5,2 faiz azalma qeydə alınıb. Ümumi sənaye istehsalının 93,9 faizi malların (əmtəələrin), 6,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 81,9 faizi özəl bölmədə istehsal olunub.


Teqlər:  





Xəbər lenti