Sahibkarlar Daşkəndə gedir

Sahibkarlar Daşkəndə gedir
  16 Fevral 2014    Oxunub:1075
Azərbaycanlı sahibkarlar Daşkənddə açılacaq sərgilərə dəvət olunur.
Martın 25-dən 27-dək Daşkənddə VI Beynəlxalq Sənaye Forumu çərçivəsində sərgilər təşkil olunacaq.

AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. Məlumatda bildirilir ki, forum çərçivəsində “UzSecureExpo -Texnologiya və Yanğın Təhlükəsizliyi” və “UzSpecTechExpo - xüsusi avadanlıq və ehtiyat hissələri” adlı beynəlxalq sərgilər açılacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgilərdə iştiraka dəvət olunurlar.



Teqlər:





Xəbər lenti