Ötən il 670 min erməni Rusiyaya köçüb

Ötən il 670 min erməni Rusiyaya köçüb
  16 Fevral 2014    Oxunub:1198
Ermənistanda bahalıq, əmək haqqının azlığı, iqtisadiyyatın tənəzzülü, yoxsulluğun artması əhalini xarici ölkələrə, o cümlədən Rusiyaya köçməyə məcbur edir.

AzVision.az xəbər verir ki, 2013-cü ildə Rusiyaya gedən ermənilərin sayı ötən illərlə müqayisədə 20 faiz artaraq 670 minə çatıb. Cari ilin altı həftəsi ərzində 8 min erməni Rusiyaya getmək üçün bu ölkənin Yerevandakı səfirliyinə müraciət edib.

Rusiyaya gedən ermənilərin əksəriyyəti bu ölkədə hər cür ağır şəraitdə yaşamağı onlara gələcəkləri üçün heç nə vəd etməyən doğma yurdlarına qayıtmaqdan üstün tutur.


Teqlər:





Xəbər lenti