`Şahdəniz-2` üzrə bir sıra müqavilələr olacaq

`Şahdəniz-2` üzrə bir sıra müqavilələr olacaq
  16 Fevral 2014    Oxunub:1210
Bu il “Şahdəniz-2” layihəsi çərçivəsində bir sıra müqavilələr imzalanacaq.

Cari ildə “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı boruların çəkilməsi, eləcə də digər qurğuların dənizə daşınması və quraşdırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq şirkətlərlə müqavilələr imzalanacaq.

AzVision.az xəbər verir ki,“bp-Azərbaycan” şirkətindən AzərTAc-a bildirmişlər ki, bu il dayaq bloklarının və üst modulların quraşdırılması, həmçinin qurudakı terminalın tikintisinə başlanacaqdır. Bununla paralel olaraq qazma işləri də davam etdiriləcəkdir.
“Şahdəniz-2” Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə “Cənub qaz dəhlizi”ni açmaqla Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir. “Şahdəniz-2” layihəsinin ümumi dəyəri Cənubi Qafqaz boru kəmərinin genişlənməsi də daxil olmaqla, təxminən 28 milyard dollar olacaq.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də “Şahdəniz” Konsorsiumu layihənin işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarını təsdiqləyib.

“Şahdəniz-2” layihəsi yataqdan çıxarılacaq qazın hər il təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. İldə təxminən 6 milyard kubmetr qaz isə Türkiyəyə ötürüləcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə, bir il sonra isə Avropaya nəql olunması planlaşdırılır.


Teqlər:  





Xəbər lenti