Hər 6 avropalıdan biri məzuniyyətini Aİ-dən kənarda keçirəcək

Hər 6 avropalıdan biri məzuniyyətini Aİ-dən kənarda keçirəcək
  16 Fevral 2014    Oxunub:1140
Hər altı avropalıdan yalnız biri məzuniyyətini Aİ ölkələrindən kənarda keçirməyi planlaşdırır.
Avropa İttifaqı məzuniyyətin keçirilməsi üçün populyar yer olaraq qalır və turizm əvvəlki kimi yenə də region iqtisadiyyatının bərpa olunmasının mühüm amilidir.

Aİ-nin “Avrobarometr” statistika xidmətinin apardığı rəy sorğusu bunu təsdiq edir.

Rəy sorğusu 2014-cü il yanvarın 5-dən 11-dək keçirilmiş və müxtəlif sosial qruplardan olan 31,122 min nəfəri əhatə etmişdir. Aİ ölkələrindən əlavə, Türkiyə, Makedoniya, İslandiya, Norveç, Serbiya, Monteneqro və İsraildə rəy sorğuları keçirilib.

Məsələn, 2013-cü ildə respondentlərin 38 faizi öz əsas məzuniyyətində Aİ-ni səyahətə çıxıb, onların sayı 2012-ci ildəkinə nisbətən 5 faiz artmışdır. Rəy sorğusu iştirakçılarının təqribən 42 faizi bildirib ki, öz ölkəsində dincəlib, onların sayı 5 faiz azalıb. Respondentlərin təqribən 19 faizi (bir il əvvəlkindən 2 faiz az) Aİ-nin hüdudlarından kənara çıxaraq başqa ölkəyə gedib.

Respondentlərin yalnız 11 faizi 2014-cü ildə indiki iqtisadi vəziyyətlə əlaqədar heç yerə tətilə getməyi planlaşdırmır. Rəyi soruşulanların təqribən 44 faizi iqtisadiyyat problemlərinə görə öz planlarını dəyişməyəcək və məzuniyyətində səfərə çıxacaq.

Cari ildə respondentlərin 42 faizi əsas məzuniyyəti zamanı öz ölkəsində qalmağı planlaşdırır, 29 faizi tətilini Aİ-də, 16 faizi isə ittifaqın hüdudlarından kənarda – başqa ölkədə keçirmək istəyir.

Aİ-də bərpa əlamətləri özünü büruzə versə də, iqtisadi inkişafı sarsıtmış və işsizliyin artmasına gətirib çıxarmış böhran hələ bitməyib.

Məlumatda deyilir ki, Avropa Komissiyasının noyabr ayında verdiyi proqnoza görə, 2013-cü ildə Aİ-də ümumi daxili məhsul artmayacaq, 2014-cü ildə 1,4 faiz, 2015-ci ildə isə 1,9 faiz artacaq. Turizm iqtisadi böhran dövründə Avropa iqtisadiyyatının dayaqlarından biri olaraq qalır.


Teqlər:





Xəbər lenti