Azərbaycan TANAP üçün kreditdən imtina etdi

Azərbaycan TANAP üçün kreditdən imtina etdi
  15 Fevral 2014    Oxunub:1387
Azərbaycan qazını Avropaya daşıyacaq Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) layihəsinin icrası üçün heç bir ölkədən kredit alınmayacaq.

AzVision.az-ın məlumatına görə, 12 milyard dollara başa gələcək TANAP-ın təxminən 7 milyar dollarını Azərbaycan Dövlət Neft Fondu öz üzərinə götürüb. Yerdə qalan 5 milyardın təxminən 3-4 milyard dollarını Türkiyənin BOTAŞ şirkəti, 1-2 milyard dollarını isə BP şirkəti ödəyəcək.

SOCAR-ın Türkiyədəki rəhbərinin müavini Samir Kazımlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycan bu layihə ilə bağlı kredit almaq istəmir, buna görə də dövlətlər öz qaynaqlarından istifadə edəcəklər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti