“Qaz pulu qalxmayacaq” AÇIQLAMA

“Qaz pulu qalxmayacaq” AÇIQLAMA
  11 Fevral 2014    Oxunub:1255
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Tarif (qiymət) Şurasına ölkənin daxili bazarında təbii qazın qiymətlərinin artırılması barədə təkliflə müraciət etməyib.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

2013-cü il dekabrın əvvəlində Azərbaycanın Tarif Şurası müəssisələr üçün təbii qazın topdan satışı üzrə qiymətlərini bir min kubmetr üçün 42 manatdan 80 manatadək artırıb. Qazın pərakəndə satış qiyməti bir min kubmetr üçün 100 manat təşkil edir.

2013-cü ildə "Azəriqaz" İB əhali qrupundan olan istehlakçılara 22 milyard kubmetr qaz satıb.

2014-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın qaz operatorunun abonentlərinin sayı 1 647 906 nəfər təşkil edib. Abonentlərin ümumi sayından 1 628 076 əhali kateqoriyasının, 19 830 abonent isə digər kateqoriyaların payına düşür.


Teqlər:  





Xəbər lenti