Rusiyadan Azərbaycana gələn pulun məbləği açıqlandı

Rusiyadan Azərbaycana  gələn pulun məbləği açıqlandı
  10 Fevral 2014    Oxunub:1374
Rusiya Mərkəzi Bankı 2013-cü ilin 9 ayı ərzində Rusiyadan MDB ölkələrinə köçürülən şəxsi vəsaitin həcmini açıqlayıb.

Rəsmi məlumatda ötən il pul köçürmələrinin əvvəlki illərə nisbətən 20,2% artdığını və 16,84 milyard dollar təşkil etdiyini açıqlayıb.

Pul vəsaitlərinin yönəlmə istiqamətinə görə, Özbəkistan ilk pillədə qərarlaşıb. Bu ölkəyə ötən ilin ilk yarısında Rusiyadan 5,443 milyard dollar vəsait yönəldilib. 2012-ci illə müqayisədə 25% artıb.
İkinci pillədə isə 2,709 milyard dollarla (14,7% artımla) Ukrayna, üçüncü pillədə isə 2,708 milyard dollarla (23,4 %-lə) Tacikistan qərarlaşıb.

Yuxarıda göstərilən müddətdə, Rusiya Federasiyasından Moldovaya 1,514 milyard dollar, Qırğızıstana 1,42 milyard, Ermənistana 1,2 milyard, Azərbaycana 892 milyon dollar, Belarus 679 milyon, Qazaxıstana 254 milyon, Türkmənistana isə 24 milyon dollar vəsait köçürülüb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti