2,4 milyon ton Azərbaycan nefti nəql olunub

2,4 milyon ton Azərbaycan nefti nəql olunub
  07 Fevral 2014    Oxunub:1235
BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.
2014-cü ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 445 ton Azərbaycan nefti nəql olunub.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il fevral ayının 1-dək BTC-yə 237 milyon 545 min 38 ton neft vurulub.

Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 min 462 ton Türkmənistan nefti, 238 min 399 ton isə Qazaxıstan nefti nəql olunub.


Teqlər:





Xəbər lenti