Bir ayda 4500-ə yaxın vergi pozuntusu aşkarlanıb

Bir ayda 4500-ə yaxın vergi pozuntusu aşkarlanıb
  06 Fevral 2014    Oxunub:1272
Ötən ay 4500-ə yaxın vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
2014-cü ilin yanvar ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4493 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən AzVision.az –a verilən məlumata görə, 2439 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 643 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 718 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 433 vergi ödəyicisi tərəfindən 640 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 194 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 68 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 298 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.


Teqlər:





Xəbər lenti