Türkiyədə 5 polis rəisi işdən çıxarıldı
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Maliyyə şöbəsinin rəisi Yaqub Sayqılı, Qaçaqmalçılıq və Mütəşəkkil Cianyətkarlıq Şöbəsinin müdiri Nəzmi Ardıc və İctimai Asayiş şöbəsinin müdiri işdən çıxarılıb.
Qeyd edək ki, ötən gün səhər saatlarında İstanbul prokurorluğunun keçirdiyi əməliyyat zamanı 84 nəfər rüşvət və qaçqmalçılıqda ittiham olunaraq saxlanılıb. Onların arasında Türkiyənin tanınmış iş adamları, nazirlərin övladları və azərbaycanlı iş adamı Rza Zərrab da olub.
Fatimə Kərimli
Teqlər: