Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri AzVision.az Ramin Həsənov birbaşa uçuşların iki ölkə arasında əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turist mübadiləsinə töhfə verəcəyini bildirib.
Şəbəkələşmə tədbirində Koreyanın turizm sənayesinin təmsilçiləri, media nümayəndələri və influenserlərlə yanaşı, Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Azərbaycanın təbiəti, tarixi məkanları, maddi və mədəni irs nümunələri, Bakının müasir memarlıq nümunələri, UNESCO-nun irs siyahısına daxil edilmiş abidələr və müxtəlif turizm növləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində ölkəmizə gələn Cənubi Koreya vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz artım müşahidə olunur.
AzVision.az