Paşinyan himnə "əl gəzdirib" - Mətn qısaldılır

Paşinyan himnə "əl gəzdirib"  - Mətn qısaldılır
  28 Noyabr 2024    Oxunub:1048
Ermənistan hökuməti dövlət himninə dəyişiklik layihəsini təsdiqləyib.
Xatırladaq ki, bir müddət öncə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və hakim “Mülki müqavilə” fraksiyasının iki deputatı Taquhi Qazaryan ilə Sisak Qabrielyan “Ermənistanın himni haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinə dair qanunvericilik təşəbbüsü ilə çıxış etmişdilər.

İrəvanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Xüsusilə, himnin sonuncu misrasının birinci misradan sonra yerləşdirilməsi təklif edilir. Bu zaman himin himnin mətni “Xalqının azadlığı uğrunda ölən nə bəxtiyardır” sözləri ilə deyil, “Qoy Ermənistan həmişə var olsun”la bitəcək.

İclasda iştirak edən Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Daniel Danielyan deyib ki, mövcud qanunvericiliyə əsasən, himnin yalnız orta və ali məktəblərdə oxunması məcburidir.

“Bundan əlavə, əgər mövcud qanuna əsasən, idman tədbirlərinin açılışı və bağlanışı zamanı himnin səsləndirilməsi məcburi idisə, bundan sonra mükafatlandırma mərasimlərində də bu qayda tətbiq ediləcək”, - Danielyan bildirib.

Digər maraqlı dəyişiklik isə ondan ibarətdir ki, Ermənistan hökuməti bəzi tədbirlərin xüsusiyyətləri və məhdud efir vaxtlarına görə himnin qısaldılmış variantını hazırlamalıdır. Bununla bağlı Təhsil və Elm Nazirliyinə tapşırıq verilib.

Sputnik Armeniya yazıb ki, himnin müxtəlif yerlərdə fərqli ifa olunması, vahid standartların olmaması Paşinyanda çaşqınlıq yaradıb. Baş nazirin sözlərinə görə, bu "fundamental problem"dir və məlum layihə çərçivəsində həll edilməlidir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Himn  





Xəbər lenti