Dünyanın ən qədim iynə fabriki müflis olduğunu elan etdi

 Dünyanın ən qədim iynə fabriki  müflis olduğunu elan etdi
  28 Noyabr 2024    Oxunub:337
2023-cü ildə 300 illik yubileyini qeyd edən Almaniyanın məşhur "Schmauser Precision" şirkəti müflis olduğunu elan edib.
Bu barədə yerli media məlumat yayıb.

Almaniyada müflisləşən şirkətlərin sayı 10 ildə ən yüksək həddə çatıb
"Schmauser Precision işi"ndə iştirak edən hüquqşünas deyib ki, pandemiyanın nəticələrinin yaratdığı ağır iqtisadi və enerji qiymətlərinin artması şirkətin müflisləşməsinə gətirib çıxarıb.

Fabrik 1723-cü il oktyabrın 17-də Şvabax şəhərində (Orta Frankoniya, Bavariya-red.) yaradılıb. Bu, dünyanın ən qədim iynə istehsalı müəssisəsi sayılır. İlkin mərhələdə şirkət toxuculuq iynələri, tikiş iynələri və saç klipləri istehsal edib. Sənaye inqilabının inkişafı ilə fabrik xeyli genişlənib və 19-cu əsrin əvvəllərində onun illik istehsalı 300 milyon iynəyə çatıb.

Son illərdə Schmauser Precision toxuculuq və avtomobil sənayesi üçün komponentlərin, tibbi, məişət və ventilyasiya avadanlıqlarının, həmçinin oyuncaqlar, ölçü alətlərinin istehsalı üzrə ixtisaslaşmışdı. Fabrikin müştəriləri arasında Siemens və Bosch kimi böyük şirkətlər olub. Şirkətin saytında verilən məlumata görə, qurumun məhsulları digər Avropa ölkələrinə və Asiyaya aktiv şəkildə ixrac edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Müflis   Almaniya   Fabrik  





Xəbər lenti