KİV : Livanın Baş naziri atəşkəs razılaşması barədə hökumətin mövqeyini açıqlayacaq

      KİV   :    Livanın Baş naziri atəşkəs razılaşması barədə hökumətin mövqeyini açıqlayacaq
  26 Noyabr 2024    Oxunub:252
Livan Baş naziri Nacib Mikati atəşkəs razılaşması barədə hökumətin mövqeyini çərşənbə axşamı açıqlayacaq, müzakirələr isə çərşənbə günü keçiriləcək.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Baş nazir İsrail hökumətinin atəşkəs razılaşması ilə bağlı gözlənilən qərarından sonra çərşənbə axşamı bəyanat verməsi gözlənilir.

Məlumatda bildirilir ki, İsrail Nazirlər Kabineti çərşənbə axşamı günortadan sonra öz mövqeyini yekunlaşdırmaq üçün toplaşacaq. Livanın müvəqqəti hökuməti də qərarı müzakirə etmək üçün çərşənbə günü bir araya gələcək.

AzVision.az



Teqlər:





Xəbər lenti