"Kiyevə qoşun göndərmək üçün NATO-nun razılığına ehtiyac yoxdur" - Litva səfiri

"Kiyevə qoşun göndərmək üçün NATO-nun razılığına ehtiyac yoxdur"    - Litva səfiri
  27 Noyabr 2024    Oxunub:280
Litvanın NATO-dakı səfiri Deyvidas Matulionis diqqət çəkən açıqlamalar verib.
O, “Azadlıq” radiosuna müsahibəsində deyib ki, rəsmi Vilnüs Qərb dövlətlərinin qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı Parisin ideyasını dəstəkləyir.

Səfir həmçinin onu da qeyd edib ki, Fransa belə bir qərar verərsə, bunun üçün hərbi alyansın icazəsinə ehtiyac olmayacaq.

“Bunlar milli qərarlar sayılacaq və bir qrup ölkə bu təşəbbüsə qoşulmaq istəyi ilə koalisiya yarada bilər”, - deyə diplomat izah edib.

Eyni zamanda, Matulionis etiraf edib ki, indiyədək Qərb qoşunlarının Ukraynaya göndərilməsi məsələsi yalnız müxtəlif ölkələrin fərqli təklifləri ilə ortaya atılmış bir ideya olub. Bununla belə, səfir bu mövzunun gələn həftə Brüsseldə keçiriləcək görüşdə NATO xarici işlər nazirləri tərəfindən yenidən qaldırılmasını təklif edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti