"Hələ də İrəvanı müttəfiq hesab edirik" - KTMT baş katibi

"Hələ də İrəvanı müttəfiq hesab edirik"    - KTMT baş katibi
  28 Noyabr 2024    Oxunub:356
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın təşkilatın tədbirlərində iştirak etməməsinə baxmayaraq Ermənistanı özünə müttəfiq hesab edir".
Bunu qurumun baş katibi İmanqali Tasmaqambetov KTMT-nin quruma üzv ölkələrin liderlərinin iştirakı ilə Astanada təşkil olunan iclasında deyib.

"Təşkilatın üzvlüyünü dondurduğunu elan edən Ermənistan yenə də sammitdə iştirak etmir. Lakin İrəvan əvvəllər bəyan etmişdi ki, onlar bu görüşlərdə nəzərdə tutulan sənədlərin qəbuluna etiraz etmirlər",- o, qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkənin KTMT-də iştirakını dondurduğunu bəyan edib. Bu ilin sentyabrında isə Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyə təhdid adlandırıb və İrəvanın qurumla münasibətlərdə geri dönüş nöqtəsinin keçdiyini bəyan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti