Valyuta hərraclarındakı satış 2 dəfə artıb

   Valyuta hərraclarındakı satış 2 dəfə artıb
  28 Noyabr 2024    Oxunub:936
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 603,9 milyon ABŞ dolları məbləğində satış olub.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 487,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti