Məlumata görə, bütün gecə İsrail Beyruta raket zərbələri endirib. Bununla belə, son saatlarda nə İsrail, nə də Livan tərəfindən hücumlar barədə məlumat verilməyib.
İran İsrail və Livanın atəşkəs razılaşmasını alqışlayıb |
İsrail ordusu(TSAXAL) atəşkəsdən sonra ordu qüvvələrinin öz mövqelərində qalacağını bəyan edib. Razılaşmanın şərtlərinə görə, Təl-Əvivin qoşunlarını çıxarması üçün 60 gün vaxtı var. Hizbullah müqavilənin qaydalarını pozarsa, İsrail özünümüdafiə hüququnu özündə saxlayır.
Tural Tağıyev
AzVision.az