Yaponiya müharibəyə hazırlaşır
Yaponiya hökuməti Çinin dənizdə artan ambisiyaları ilə əlaqədar yapon adalarının müdafiəsini və ölkənin hərbi qüdrətini gücləndirmək məqsədilə tədbirlər paketini qəbul edib.
Dekabrın 17-də Nazirlər Kabinetinin iclasında ölkənin müdafiə proqramının əsas prinsipləri və hərbi qüdrətinin artırılması ilə bağlı beşillik plan təsdiq edilmişdir. Qəbul olunmuş ilk sənəddə qeyd edilir ki, Çin “riskli hərəkətlər”ə yol verir və bu, gözlənilməyən nəticələr doğura bilər. Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramı isə Yaponiyaya ciddi təhlükə yarada bilər.
Tədbirlər paketində uzaq adalar üçün yarana biləcək istənilən təhlükənin qarşısını almaq məqsədi ilə özünümüdafiə qüvvələrinin quru qoşunlarının desant briqadasının yaradılması nəzərdə tutulur.
Beş il ərzində reallaşdırılması nəzərdə tutulan planın həyat keçirilməsinə ümumilikdə 230 milyard dollar büdcə vəsaiti ayrılacaqdır.
Teqlər: