Putinin pulları Yanukoviçi xilas edəcək

Putinin pulları Yanukoviçi xilas edəcək
  17 Dekabr 2013    Oxunub:1285
Ukrayna prezidenti Viktor Yanukoviç Moskvada rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda Moskvada olan Yanukoviç 6-cı Rusiya-Ukrayna dövlətlərarası komissiyasının iclasında iştirak edəcək.

Bundan başqa, səfər zamanı iki dövlət arasında bir çox sənədlər imzalanacaq.

Rusiya prezidentinin köməkçisi Andrey Belousovun fikrincə, görüşün nəticəsindən asılı olaraq Rusiya Ukraynaya kredit ayıra bilər.
Ukrayna müxalifətinin fikrincə, isə iqtisadi çətinliklərdən əziyyət çəkən Yanukoviç hakimiyyəti 15 milyard dollarlıq Rusiya krediti qarşılığında Gömrük İttifaqına üzv olmağa razı olacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti