Ukrayna Gömrük İttifaqına qoşula bilməz - Eks-prezident

Ukrayna Gömrük İttifaqına qoşula bilməz - Eks-prezident
  17 Dekabr 2013    Oxunub:1388
Eks-prezident Leonid Kuçma Ukraynanın iflas astanasında olduğunu düşünür.
AzVision.az “Ukraynskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Kuçma “Ukrayna” sarayında keçirilən dəyirmi masanın yekunları ilə açıqlamasında deyib.

Onun sözlərinə görə, hökümət Ümum Daxili Məhsulun 3,5 % artmasını planlaşdırsa da, əvəzində 1,5%-lik enişlə üzləşib.

“Mənfi 5%. Bu rəqəmi haradan götürək? Bütün dünyanı dolanıb, pul istəyirik”, - deyə Kuçma öz bədbin proqnozu ilə bölüşür.

O həmçinin ölkəsində baş verən hadisələrə görə, Yanukoviçin Gömrük İttifaqına üzv olmaqdan imtina etdiyini bildirib. “Gömrük İttifaqı ilə heç bir razılaşma imzalanmayacaq”.

Kuçma hakimiyyət və müxalifəti tezliklə dil tapmağa çağırdı: “Vəziyyət nə qədər belə davam etsə, ölkə üçün bir o qədər pis olacaq. Həm hakimiyyət, həm də müxalifət özləri üçün bir qənaətə gəlməlidirlər”.
Sabiq prezident dəyirmi masada “konkret müzakirələrin” olmamasından məyusluğunu ifadə etdi.

“Belə yığıncaqlarda məsələni həll etmək olmur. Lakin biz dünyaya və cəmiyyətə göstərdik ki, dialoq mümkündür”.

Bundan əlavə, eks-prezident Müstəqillik meydanındakı mitinqin dağıdılmasına cəhdlə bağlı öz məyusluğunu ifadə edib. “Əgər bu zorakı cəhd olmasa idi, onda hakimiyyətə qarşı da daha az sərtlikdə tələblər olacaqdı”.

Ölkədəki situasiyanı şərh etməsi ilə bağlı şərhə Kuçma “Əgər mən bütün həqiqətləri danışsam, onda gərək ölkəni tərk edin” – deyə cavab verib.
Jurnalistlərdən biri Leonid Kuçmadan Yanukoviçin yerinə olsa idi, Daxili İşlər naziri Vitali Zaxarçenkonu işdən çıxarardımı sualına maraqlı cavab verib. “Məni dalana dirəməyin” – deyə Kuçma sualdan yayınıb.
Ölkədə zorakı toqquşmalarda kimin maraqlı olması ilə bağlı suala isə eks-Ukrayna prezidenti neytral cavab verib. “Müxalifət liderlərinin bu situasiyanın qarşıdurmaya çevirmək marağı yoxdur. Çünki, heç kəs bundan xeyir əldə edə bilməz”.

Leonid Kuçma həmçinin Viktor Yanukoviçin etirazçılara qarşı güc tətbiq olunmayacağı barədə təminat verdiyini də bildirib. “Mən bu gün eşitdim ki, o belə bir təminat verib. Onun tərəfindən Meydandakılara qarşı heç bir addımlar atılmayacaq”.

Sonda Leonid Kuçma müxalifət fraksiyalarının dəyirmi masa da iştirakını bərpa etməsini, Ukraynada daxili siyasi dialoqun başlanması kimi qiymətləndirdi.

“Əgər onlar gəlibsə, deməli, artıq dialoq başlayıb. Onlara burada Meydan tribunalarında deyil, dəyirmi masa ətrafından Ukraynadakı hadisələrin inkişafı, şəxsi fikirləri barədə açıq danışmaq imkanı verilib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti