Ermənilər sürətlə İslamı qəbul edir

Ermənilər sürətlə İslamı qəbul edir
  17 Dekabr 2013    Oxunub:1250
İslamı qəbul etməyən ermənilər qəbul edənləri təhqir edirlər
Ermənilər sürətlə İslam dinini qəbul etməyə başlayıblar. İctimai media üzərindən təşkilatlanmağa başlayan müsəlman ermənilər, İslami qaynaqların erməni dilinə tərcümə olunmasına ehtiyac duyurlar.

Dinihaberler-in yaydığı məlumata görə, son illərdə Rusiya, Türkiyə, Çeçenistan, Gürcüstan, İran, Suriya, İordaniya, Livan və hətta Ermənistanda yaşayan ermənilərin içərisindən belə İslam dininə keçənlərin sayının artdığı müşahidə edilir. Erməni dilində ilk Qurani-Kərim yanvar eyında nəşr ediləcək.

Ankarada fəaliyyət göstərən BMAR nəşriyyat Quranı-Kərimi, Türkiyənin məşhur alimlərindən Elmalılı Həmdi Yazarın hazırladığı tərcümədən erməni dilinə çevirəcək. 10 cild və 2500 səhifədən ibarət olan erməni dilindəki Qurani-Kərim 2014-cü ilin yanvar ayında çapa veriləcəkdir.

Qeyri müsəlman ermənilər isə bu vəziyyətdən çox narahatdır. İslamı qəbul etməyən ermənilər müsəlman olanları aşağılıyır və təhqir edirlər.

Ermənistan dövləti də, müsəlman olan ermənilərə qarşı, məsafəli duruşunu qoruyur. Fransada yaşayan məşhur erməni müğənni Charles Aznavour Ermənistan prezidenti ilə görüşdə, “Ermənistanın qapılarını İslam dinini seçən erməni diasporuna da açması lazım olduğu” istiqamətindəki tələbinə hələlik bir cavab belə verilməyib. Aznavour, tələbinin üzərindən 3 il keçdiyini, ancaq bu mövzu ilə əlaqədar bir cavab ala bilmədiyini açıqlayıb.

S.Həsənova


Teqlər:





Xəbər lenti