ABŞ Ermənistana yardımı kəsdi

ABŞ Ermənistana yardımı kəsdi
  16 Dekabr 2013    Oxunub:983
Amerika Birləşmiş Ştatları (ABŞ) inkişaf etməkdə olan ölkələrdə islahatlar aparmaq məqsədilə təsis etdiyi yardım proqramında Ermənistana iqtisadi yardımın ayrılmasını rədd edib.

Bu barədə Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında məlumat verilib.

Kasıb ölkələrə yardım üçün yaradılmış “Millennium Challenge Account” proqramının rəsmisi bildirib ki, Ermənistanda məmurlar arasında korrupsiya və rüşvət hallarının artması, dövlət rəsmilərinin özbaşınalığı bu ölkəyə növbəti dəfə yardım ayrılmamasına səbəb olub.

Amerika-Ermənistan dövlətlərarası iqtisadi məsələlər üzrə işçi qrupunun cari il noyabrın 22-də Vaşinqtonda keçirilmiş toplantısında Ermənistan tərəfi yardım məsələsini müzakirəyə çıxarmaq istəyərkən qrupun üzvləri bundan boyun qaçırıb və Ermənistana iqtisadi yardım göstərilməsinə dair xahişə yenidən rədd cavabı veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti