Ruhani Parlamenti danışıqlara buraxmadı

Ruhani Parlamenti danışıqlara buraxmadı
  16 Dekabr 2013    Oxunub:1612
Həsən Ruhani administrasiyası nüvə danışıqları məsələsində dəfələrlə ölkə parlamentinin mühafizəkar nümayəndələri tərəfindən təzyiqlərə məruz qalıb
İran Prezidenti ölkənin Şura Məclisi nümayəndəsinin nüvə danışıqlarına qatılmasına razılıq verməyib.

AzVision.az-ın “FarsNews”a istinadla verdiyi xəbərə görə, bu barədə İran Şura Məclisinin milli təhlükəsizlik komissiyasının nümayəndəsi deputat Məhəmməd Həsən Asəfri məlumat verib. O, Şura Məclisi deputatlarından birinin nüvə danışıqlarında təmsil edilməsi təklifinə işarə edərək, bu təklifin Həsən Ruhani tərəfindən rədd edildiyini bəyan edib.

M.H.Asəfri deyib: “Parlament nümayəndələri nüvə danışıqlarında nə baş verdiyini bilməlidirlər, çünki onlar xalqın nümayəndələri hesab olunurlar. İran XİN-i bu məsələyə razılıq versə də nədənsə prezident buna imkan vermir.”

Bildirək ki, İranda nüvə danışıqlarına ölkənin XİN-i və Milli təhlükəsizlik Şurası nəzarət edir ki, hər iki qurum administrasiyanın ixtiyarındadır. Həsən Ruhani administrasiyası nüvə danışıqları məsələsində dəfələrlə ölkə parlamentinin mühafizəkar nümayəndələri tərəfindən təzyiqlərə məruz qalıb. Bir sıra mühafizəkar deputatlar nüvə müzakirəçilərinin normadan artıq güzəştlərə getdiyini bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti