Rusiyada daha 4 terrorçu öldürülüb

Rusiyada daha 4 terrorçu öldürülüb
  16 Dekabr 2013    Oxunub:942
Kabardin-Balkar Respublikasının Elbrus rayonunda terror əleyhinə xüsusi əməliyyat həyata keçirilib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Kabardin –Balkar Muxtar Respublikasının Elbrus rayonunda keçirilən xüsusi əməliyyat zamanı qanunsuz silahlı birləşmənin 4 üzvü zərərsizləşdirilib. Onların arasında qruplaşma lideri Arsen Xandaxovun da olduğu bildirilir. Ötən gecə başlanan əməliyyat hava qaraldığından səhərə qədər təxirə salınmışdı. Səhər bərpa olunan əməliyyatlar zamanı hüquq-mühafizə orqanlarının təslim olmaq barədə təklifini silahlılar qəbul etməyiblər.

Xatırladaq ki, Rusiya Anti-terror Komitəsinin açıqladığı məlumata əsasən 2013-cü ilin 9 ayı ərzində Şimali Qafqazda 220 qanunsuz silahlı birləşmə üzvü öldürülüb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti