İtaliya mətbuatı Azərbaycandan yazdı
Müəllif məqaləni italyan dilində nəşr olunmuş “Azərbaycan - Avropa üçün enerji, Xəzərin karbohidrogen ehtiyatlarının tarixi, iqtisadiyyatı və geosiyasəti” kitabı əsasında yazıb.
Yazıda Azərbaycanın hələ qədim dövrlərdən zəngin enerji ehtiyatlarına malik bir dövlət olması, ölkəmizin neft sənayesinin tarixi, “Əsrin müqaviləsi” haqqında məlumat verilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti və əldə etdiyi nailiyyətlərindən bəhs olunan məqalədə Trans-Adriatik (TAP) boru kəməri layihəsindən, Xəzər dənizinin karbohidrogen ehtiyatlarından, enerji sənayesinin inkişafı üçün Azərbaycanda yaradılmış infrastrukturdan danışılır.
Məqalədə regionun ən önəmli layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin əhəmiyyətindən də bəhs edilir.
Teqlər: