Təyyarədə əlbəyaxa dava: sərnişin bələdçini döydü

Təyyarədə əlbəyaxa dava: sərnişin bələdçini döydü
  16 Dekabr 2013    Oxunub:1393
Krasnoyarsk-Moskva aviareysi ilə uçan təyyarə davaya görə Novosibirskdə məcburi eniş etməli olub.
Krasnoyarsk-Moskva aviareysi ilə uçan təyyarə Novosibirskdə məcburi eniş edib. Buna səbəb sərxoş sərnişinin təyyarə bələdçisini döyməsi olub.

AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü sərxoş sərnişin qadağan olunan yerdə ayaqyoluna getmək istəsə də, bələdçi buna icazə verməyib. Onların arasında mübahisə yaranıb və sərnişin bələdçiyə 8-10 ağır zərbə endirib.

Təyyarənin komandiri bundan sonra onu Novosibirsk ərazisində yerə endirmək qərarına gəlib. Sərnişin polis bölməsinə aparılıb, bələdçi isə xəstəxanaya yerləşdirilib. Onda beyin silkələnməsi və yumşaq toxuma əzələlərində zədələr aşkar olunub.

Faktla bağlı araşdırma aparaılır.


Teqlər:





Xəbər lenti