Karakas-Paris reysində bomba həyəcanı

Karakas-Paris reysində bomba həyəcanı
  16 Dekabr 2013    Oxunub:1330
Karakas-Paris reysi ilə uçmağa hazırlaşan təyyarədə bomba həyəcanı.
AzVision.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakasdan Parisə uçmağa hazırlaşan təyyarənin yola düşməsinə bir neçə dəqiqə qalmış hava limanının təhlükəsiz xidmətinin əməkdaşları salona daxil olaraq 270 sərnişinin və 13 nəfərlik ekipaj üzvünün təyyarəni tərk etmələrini xahiş ediblər. Onlar təyyarədə partlayıcı qurğu yerləşdirildiyinə dair informasiya aldıqlarını bildiriblər.

Venesuelanın daxili işlər naziri rəsmi televiziya ilə çıxışında Fransa təhlükəsizlik idarəsinin əməkdaşlarından Karakas-Paris reysi ilə uçan təyyarəyə bomba qoyulması barədə məlumat alındığını bəyan edib.

Karakas-Paris reysi ilə uçmağa hazırlaşan sərnişinləri başqa təyyarə ilə yola salınıb.

Venesuela təhlükəsizlik idarəsinin 65 əməkdaşı bomba qoyulduğu güman edilən təyyarədə axtarışa başlayıblar. Axtarışa rəhbərlik edən rəsmi şəxs təyyarənin bütünlüklə gözdən keçiriləcəyini bildirib.

Yoxlamanın nəticələri barədə hələlik məlumat verilməyib.


Teqlər:





Xəbər lenti