Davudoğlu Kipr məsələsini müzakirə etdi

Davudoğlu Kipr məsələsini müzakirə etdi
  15 Dekabr 2013    Oxunub:1488
Davudoğlu BMT baş katibi və Yunanıstanın XİN rəhbəri ilə Kipr məsələsini müzakirə edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Şimali Kipr Türk Respublikasından (ŞKTR) qayıdaraq, vacib telefon danışıqları aparıb.

AzVision.az Türkiyənin TRT Teleradio şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, Davudoğlu BMT baş katibi Pan Gi Muna və Yunanıstanın baş nazirinin müavini, XİN rəhbəri Evanqelos Venizelosa zəng edib. Telefon danışıqları zamanı Kipr üzrə bütün məsələləri əhatə edən danışıqların bərpa olunması imkanları müzakirə edilib.

Xatırladaq ki, Davudoğlu Şimali Kipr və Yunanıstana səfər edib. Afinada yunanıstanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Davudoğlu deyib: "Türkiyə və Yunanıstan Kipr probleminin həllində iki zamin ölkə olaraq Kipr nizamlanması prosesinə töhfə verməyə hazırdırlar".


Teqlər:





Xəbər lenti