Cənubi Koreya hava mühafizəsini gücləndirir

Cənubi Koreya hava mühafizəsini gücləndirir
  15 Dekabr 2013    Oxunub:1288
Cənubi Koreyanın Hava Hücumundan Müdafiə (HHM) zonasının genişləndirilməsi bazar günü qüvvəyə minib. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ötən həftə Cənubi Koreyanın müdafiə nazirliyi HHM zonasının genişləndirilməsi barədə elan edib: indi İodo sualtı qayası, həmçinin Marado və Xondo adaları cənub sərhədə daxildir. Qaya üzərində HHM-in yeni zonası Çinlə kəsişir. Ölkə rəhbərliyi bu addımı Çin Xalq Respublikası müdafiə nazirliyinin noyabrın sonunda Şərqi Çin dənizi üzərində HHM-in fərqləndirici zonasının yaradılması barədə qərar qəbul etməsinə cavab olaraq edib.

"Erkən aşkarlama təyyarəsi geniş zonasının bəzi rayonlarında müşahidə aparacaq", - nazirlik nümayəndəsi bazar günü bildirib.

O, əlavə edib ki, təyyarənin tapşırığına İodo qayasının üzərində səmanın keşik çəkməsi daxil deyil.

Digər hökumət məmuru bildirib ki, həftədə 4-5 dəfə yeni zonada müşahidə həyata keçirmək məqsədilə göyə P3-C kəşfiyyat təyyarəsi göndəriləcək.

Cənubi Koreyanın yeni HHM zonası üzərində uçuş edən istənilən xarici təyyarə 15-30 dəqiqə əvvəl öz niyyətləri barədə məlumat verməlidir.


Teqlər:





Xəbər lenti