Türkmənistanda parlament seçkilərinə start verildi
Türkmənistanda bu gün yerli vaxtla səhər saat 7.00-da parlament seçkilərinə start verilib. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ölkə vətəndaşları 2446 seçki məntəqələrində səs verərək Məclisin deputatlarını seçəcəklər.
Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, irəli sürülən 283 namizəd 125 yer uğrunda mübarizə aparacaq. Seçki yerli vaxtla saat 19.00-da sona çatacaq. Xarici ölkələrdə yaşayan ölkə vətəndaşları üçün 26 ölkədə 33 seçki məntəqəsi yaradılıb. Belə məntəqələrdən Rusiyanın Moskva, Həştərxan, Sankt-Peterburq və Kazan şəhərlərində təşkil edildiyi bildirilir.
Qeyd edək ki, Türkmənistanın 22 illik müstəqilliyi tarixində ilk dəfə olaarq seçkidə iki partiya iştirak edir. 1991-ci ildə yaradılan Demokratik partiyasına ölkə başçısı Qurbanqulu Berdıməhəmmədov başçılıq edir. Digər partiya (Sənayeçilər və Sahibkarlar partiyası) isə 2012-ci ildə yaradılıb və ölkə prezidentinin siaysi kursunu dəstəkləyir.
Teqlər: