Kiyevin yeni meri bəlli oldu
Mənbə bildirir ki, Kiyev şəhərinin meri Aleksandr Popov Maydan olayına görə, vəzifəsindən uzaqlaşdırılıb. Şəhər merinin vəzifəsini icra edən Anatoli Qolubçenko jurnalistlərə deyib ki, onun bu vəzifəni daşıması müvəqqəti xarakter daşıyır və hər şeyə həftənin 1-ci günü aydınlıq gətiriləcək.
Xatırladaq ki, Kiyev şəhərinin meri Aleksandr Popov dekabrın 14-də ölkə başçısı Viktor Yanukoviçin sərəncamı ilə işdən çıxarılıb. Onun işdən çıxarılması Ukrayna Baş Prokurorunun vəsadətilə həyata keçirilib.