Kimdir günahkar? Miqrantlar yoxsa Rusiya? - VİDEO

Kimdir günahkar? Miqrantlar yoxsa Rusiya? - VİDEO
  14 Dekabr 2013    Oxunub:1428
Rusiyada miqrantlara yeni zərbə. `Rossiya` kanalının `Xüsusi reportajı`.
Rusiya Dövlət Dumasında bu gün bəyənilmiş qanun layihəsi qanusuz miqrasiyanın qarşısını alacaq. AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, yeni qanun layihəsi mənzildə yaşamayanları qeydiyyata salmağı qadağan edir.

Yeni qaydalara görə, mənzildə yalnız ailə üzvlərini və yaxın qohumları qeydiyyata salmaq mümkün olacaq. Beləliklə, bazarlarda və tərəvəz bazalarındakı baraklarda gecələyən miqrantların qeydiyyata düşməsi çətinləşəcək. Qanunun tələbini yerinə yetirməyənlər isə inzibati qaydada cəzalandırılacaqlar. Həmçinin üç ilə qədər həbs də edilə bilərlər. Yoxlamalar isə qonşuların anonim zəngləri əsasında aparılacaq.

Duma üzvü Vyaçeslav Timçenko bildirib ki, yeni qanun layihəsinin məqsədi Rusiyaya qanunsuz miqrant axınının qarşısını almaqdır. Qanun Federasiya Şurası tərəfindən bəyənldikdən sonra təsdliq edilmək üçün prezidentə göndəriləcək.

Lakin rus rəsmilərinin ictimaiyyətə yönələn çıxışlarına baxmayaraq, ölkədə miqrant probleminin bir çox pərdəarxası məqamları var. Çörək pulu üçün gələn bu insanların çoxu arzusundadır ki, yaşadığı və işlədiyi ölkədə qanuni şəkildə fəaliyyət göstərsin. Amma görünür bu bəzi işbaz məmurların xeyrinə deyil və miqrantlardan istifadə edərək özlərinə yaxşı pul qazanmaq sistemi qurublar.

Bəs onda bu anomaliyada günahkar kimdir? İylənmiş balığın quyruğunda duran miqrantlar, yoxsa başda duran məmurlar? Rossiya telekanalında yayımlanan “Xüsusi müxbir” verilişi bu suala cavab axtarıb və şok nəticələr üzə çıxardıb. Arkadiy Mamontovun aparıcılıq etdiyi verilişi sizə təqdim edirik.




Teqlər:





Xəbər lenti