Molla edam edildi – etirazlar başladı

Molla edam edildi – etirazlar başladı
  13 Dekabr 2013    Oxunub:1079
Banqladeşin "Cəmaati-İslam" Partiyasının sədr müavini, bu ölkənin aparıcı dini liderlərindən olan Əbdülqadir Molla ötən gün edam edilib.
Vəkillərinin səylərinə baxmayaraq, ölüm hökmünün qarşısını almaq mümkün olmayıb. Məlumat üçün bildirək ki, Əbdülqadir Molla Banqladeşin azadlıqmüharibəsi zamanı 344 silahsız şəxsin qətlə yetirilməsi əmrini verməkdə günahlandırılırdı. O özü isə son ana qədər baş verənləri təkqzib etmiş və günahsız olduğunu bildirmişdi. Molla bəyan etmişdi ki, onun edam edilməsinin əsas səbəbi ölkənin yuxarı dairələrinə baş əyməməsidir.

Əbdülqadir Molla edama gedərkən bu sözləri deyib: "Qula qulluq olmaz. Allahdan başqa heç kimə qulluq etməyəcəyəm" - sitatın sonu. Onu da qeyd edək ki, Mollanın edamı Banqladeşdə və qonşu Pakistanda kütləvi etirazlara səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti