Misirdə kütləvi aksiyalar gözlənilir
AzVision.az əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, bu gün cümə namazından sonra Misirin müxtəlif əyalətlərində kütləvi aksiyaların keçirilməsi gözlənilir.
Ölkədə gedən son aksiyalara hətta islamçılardan əlavə sekulyar qüvvələr də qatılıb. Misir müxalifətinin “Altı Aprel” hərəkatında müvəqqəti hökumətin aksiyalarla bağlı qərarına etiraz edəcəklərini bəyan edib.
Ölkədə təhlükəsizlik vəziyyəti də acınacaqlı olaraq qalır. Dünən axşam terrorçular əl-İsmailiyyədə ordunun hərbi qərargahını minalanmış maşınla hədəfə alıblar. Partlayış nəticəsində, iki hərbiçi ölüb və 12 nəfər yaralanıb.
AzVision.az
Teqlər: