ABŞ pilotsuz təyyarəsi toyu bombalayıb
AzVision.az-ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, hadisə Yəmənin mərkəzi əyalətlərində əl-Bəydanın əl-Qissə rayonu ərazisində baş verib. Şahidlərin sözlərinə görə, toy mərasimini bombalayan pilotsuz təyyarələr olub.
Yəmənin rəsmi təhlükəsizlik mənbələri bildiriblər ki, pilotsuz təyyarələrin əsas hədəfi əl-Qaidə ünsürləri olub, toy mərasimi karvanına səhvən hücum edilib. Ümumilkdə hadisədə 15 mülki vətəndaş həlak olub və onlarla insan yaralanıb.
Ötən bazar ertəsi günündə isə ABŞ pilotsuz təyyarələri Yəmənin şərqində əl-Qaidə üzvlərini hədəfə almışdı və o hücumda əl-Qaidəyə mənsub üç şəxs öldürülmüşdü.
Teqlər: