Ukrayna - Avropa Birliyi danışıqları bərpa edilib

Ukrayna - Avropa Birliyi danışıqları bərpa edilib
  13 Dekabr 2013    Oxunub:1208
Ukrayna ilə Avropa Birliyi Assosasiya Sazişinin imzalanmasına hazırlıqlarla bağlı danışıqları bərpa edib.
AzVision.az-ın «interfaks»-a istinadən verdiyi məlumatına görə, Ukraynanın xarici işlər naziri Leonid Kojara ölkəsinin Avropa Birliyi ilə Assosiativ Saziş imzalanması və azad ticarət zonası yaradılması barədə danışıqları bərpa edib.

«Biz artıq danışıqları bərpa etmişik. Artıq Brüsselə texniki missiya göndərilib, müzakirə olunacaq məsələlər müəyyənləşdirilib. Baş nazirin birinci müavini Sergey Arbuzovun başçılıq etdiyi daha yüksək siyasi səviyyəli nümayəndə heyəti səfərə hazırlaşır. Biz avrointeqrasiya kursunu davam etdirməliyik, bu hökumətin rəsmi kursudur, bu qanunun tələbidir»- deyə, Kojara jurnalistlərin suallarını cavablandırarsualına cavabında bildirib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti