Misirdə partlayış

Misirdə partlayış
  13 Dekabr 2013    Oxunub:1198
Misirdə DİN bazası yaxınlığında partlayış baş verib, 35 polis əməkdaşı yaralanıb.
Misirin şimal-şərqində İsmailiya şəhərində polis bazası yaxınlığında cümə axşamı güclü partlayış baş verib, 35 nəfərə yaxın hüquq mühafizə orqanları əməkdaşı xəsarət alıb. AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, DİN bazası yaxınlığında minalanmış avtomobil partlayıb.

Partlayışdan sonra hadisə yerində atışma başlayıb. Hadisə zamanı ölənlər barədə hələlik məlumat verilmir.


Teqlər:





Xəbər lenti