Siyavuş Novruzov “Facebook”da: “Müasir dövr tələb edir...”
"Müasir dövrdə sosial şəbəkələrin, sosial medianın və interaktiv ünsiyyətin rolu və həcmi durmadan artır. Həyatımızın müxtəlif sahələrinə daxil olmuş bu vasitələr təbii ki, hardasa bizim də onlara uyğunlaşmağımızı tələb edir. Bu gündən bir partiya funksioneri, millət vəkili və siyasətçi kimi mən də sosial mediada olmağa qərar verdim. Hər zaman mətbuata, televiziyalara açıq və əlçatan olmuşam, mövqeyimi, inandığım dəyərləri və siyasəti çatdırmağa çalışmışam. İnanıram ki, facebook səhifəm də məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. Ümid edirəm ki, səhifəm mənim olduğu qədər sizlər üçün də faydalı və maraqlı olacaq".
Azvision.az
Teqlər: SiyavuşNovruzov Deputat