FHN köməksiz qalan 2 nəfəri xilas edib

FHN köməksiz qalan 2 nəfəri xilas edib
  20 May 2019    Oxunub:1745
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az




Teqlər: FHN  





Xəbər lenti