Sürücü törətdiyi qəzada öldü

  14 May 2019    Oxunub : 776
Sürücü törətdiyi qəzada öldü
Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonun ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, magistralda hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Elman Cəfərov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza