Bakıda yol qəzası: yaralılar var

Bakıda yol qəzası: yaralılar var
  09 Mart 2013    Oxunub:2582
Bakının Nərimanov rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Həsən Əliyev küçəsində “Prado”, “Mercedes” və “BMW X5” markalı avtomobillərin toqquşması nəticəsində həmin maşınlarda olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, Nərimanov Rayon Polis İdarəsinin və Təcili Tibbi Yardımın əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya aparılıb.

Hazırda ərazidə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti